Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb Ölkə əhalisinin sayı ilin əvvəlindən 49,9 min nəfər artıb
Sosial müdafiə
12 Avqust , 2016 17:37
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5 faiz artaraq bu ilin iyulun 1-i vəziyyətinə 9755,5 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.

Son xəbərlər

Orphus sistemi