Yuxarı

Azərbaycanda dövlət qulluğunda çalışanların əksəriyyəti 35-64 yaşlarda olanlardır

Yardımçı vəzifələri aparanlar arasında qadınların sayı kişilərdən çoxdur

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanda dövlət qulluğu vəzifələrini tutan işçilərin əksəriyyəti 35-64 yaşlarda olanlardır.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, 2015-ci ildə dövlət qulluğu vəzifələrini tutan işçilər arasında kişilər üstünlük təşkil edib.

Ali-3-cü təsnifatlar üzrə inzibati vəzifələri daşıyanların 333 nəfəri qadın, 840-ı kişilər olub.

4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 4972-si qadın, 17 741 nəfəri kişilərdir.

Dövlət qurumunun yardımçı vəzifələrini tutanlar arasında isə qadınların sayı (3 499 nəfər) kişiləri (2 738 nəfər) üstələyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi