Azərbaycanda DOST xidmətlərinin sayı 159-a çatıb.
"Report" xəbər verir ki, ölkədə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan çoxşaxəli sosial islahatlar fonunda qüvvədə olan qanunvericiliyə yeni sosial institut olan “Himayədar ailə” konsepsiyasının daxil edilməsi ilə bu sahədə yeni mərhələyə keçidin təməli qoyulub.
Belə ki, “DOST Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişikliyin edilməsi barədə Azərbaycan Prezidentinin 12 iyul 2023-cü il tarixli Fərmanı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na müvafiq xidmətlər əlavə olaraq daxil edilib.
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na əlavə edilmiş yeni 5 xidmət nəzərə alınmaqla xidmətlərin sayı 159-a çatdırılıb.