Bakı. 3 dekabr. REPORT.AZ/ Gələcəkdə Xəzər dənizinin sahilində əlillərin reabilitasiyası üçün daha böyük mərkəz yaradılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın əmək və əhalıinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, bununla bağlı layihə və təkliflər hazırlanır və yaxın gələcəkdə dövlət başçısına təqdim olunacaq.
Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycanda 8 regional əlillərin bərpa mərkəzi fəaliyyət göstərir: “Bununla yanaşı, bütün ölkəyə xidmət edən Bakı Uşaq Reabilitasiya Mərkəzi var. Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmiri davam edir. Artıq mərkəzin yüksək səviyyədə təmiri başa çatmaq üzrədir. Çox güman ki, mərkəz gələn ilin əvvəllərində istismara veriləcək”.