Azərbaycanda bu il 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub

Azərbaycanda bu il 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub 2023-cü ilin yanvar-noyabr ayları ərzində 153,2 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 28,2 mini pensiya, 125 mini müavinət və təqaüd təyinatı olub.
Sosial müdafiə
19 Dekabr , 2023 12:25
Azərbaycanda bu il 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub

2023-cü ilin yanvar-noyabr ayları ərzində 153,2 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 28,2 mini pensiya, 125 mini müavinət və təqaüd təyinatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a bildirilib ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.

Ümumilikdə ötən dövrdə 153,2 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub.

Son xəbərlər

Orphus sistemi