Azərbaycanda bəzi şəxslərin əlillik səbəbinin terrorla bağlı dəyişdirilməsi üzrə iş aparılır

Azərbaycanda bəzi şəxslərin əlillik səbəbinin terrorla bağlı dəyişdirilməsi üzrə iş aparılır Hüquq-mühafizə orqanları ilə birgə danışıqlar nəticəsində müstəqillik dövründən bu günə qədər terror nəticəsində zərərçəkmiş şəxs kimi tanınanların siyahısı əldə edilib.
Sosial müdafiə
27 May , 2022 12:19
Azərbaycanda bəzi şəxslərin əlillik səbəbinin terrorla bağlı dəyişdirilməsi üzrə iş aparılır

Hüquq-mühafizə orqanları ilə birgə danışıqlar nəticəsində müstəqillik dövründən bu günə qədər terror nəticəsində zərərçəkmiş şəxs kimi tanınanların siyahısı əldə edilib.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Şöbə müdiri qeyd edib ki, həmin şəxslərdən kimlərin əlilliyi varsa, onların əlillik səbəbinin terrorla bağlı dəyişdirilməsi üzrə iş aparılır:

“Əgər vətəndaşlardan belə durumda olanlar varsa müraciət edə bilərlər. Misal olaraq, minaya düşərək, eləcə də Vətən müharibəsi zamanı cəbhə bölgəsindən uzaq yaşayan şəxslər raket zərbələri zamanı xəsarət alanlara ümumi səbəbdən əlillik dərəcəsindən verilirdi. Yeni meyarlar nəticəsində terrorla bağlı əlillik səbəbi əlavə edilib”.

Son xəbərlər

Orphus sistemi