Yuxarı
    Bağlamaq

    Azərbaycanda bəzi körpələrə təbiət hadisələrinin adı verilir - SİYAHI

    Siyahıda Rüzgar Emrah, Rüzgar Batuhan, Tufanə, Payızxan, Şehrin, Leysanə, Payızəli, Xəzanə, Yazbahar, Yazılı kimi adlar da var

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda doğulan körpələr arasında müxtəlif təbiət hadisələrinə verilən adları daşıyanlar var.

    Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, son beş ildə 3937 körpəyə Yağmur, 1207-nə Bahar, 1344-nə Damla, 853-nə Ayaz, 678-nə Günəş, 224-nə isə Rüzgar adı verilib.

    Son beş ildə körpələrə verilən adlar arasında Şimşəkcan (1), Leysan (12), Bulud (32), Daşqın (67), Tufan (14), Alov (2), Yazgül (29), Duman (8), Şehnur (10), Jalə (565), Xəzan (5), Xəzangül (10) kimi adlar da yer alıb.

    Bundan başqa, Buludxan, Buludxanım, Rüzgar Emrah, Rüzgar Batuhan, Tufanə, Payızxan, Şehrin, Şehli, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Leysanə, Payızəli, Xəzanə, Yazbahar, Yazılı, Yazilə, Yazimə, Bahara, Bahariyyə, Damladerin kimi adları daşıyan uşaqlar da var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi