Azərbaycanda beşdən çox uşağı olan 3000 qadına müavinət verilib

Azərbaycanda beşdən çox uşağı olan 3000 qadına müavinət verilib Ölkədə 111,1 min aztəminatlı ailənin 486 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb
Sosial müdafiə
15 May , 2015 19:19
Azərbaycanda beşdən çox uşağı olan 3000 qadına müavinət verilib

Bakı. 15 may. REPORT.AZ/ Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların 471 nəfər qəyyumuna aylıq müavinət verilib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,8 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 5 913 nəfər bir yaşadək uşağa görə 5 798 ailəyə sosial müavinət verilib.

Aprel ayının 1-i vəziyyətinə beşdən çox uşağı olan 3 min qadına 8,8 min uşaq üçün müavinət verilib.

Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 478 zərərçəkən kompensasiya alıb. Bununla yanaşı, 32036 nəfərə, o cümlədən 25 967 uşağın doğulmasına görə, 4 026 nəfərə radiasiya qəzası nəticəsində əlil olan şəxslərin müalicəsi üçün, 1 488 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirən 555 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

2015-ci ilin 3 ayı ərzində Azərbaycan qarşısında xüsusi xidmətlər göstərən 53 min nəfər aylıq təqaüd alıb. Cari ilin aprel ayının 1-i vəziyyətinə ölkədə 111,1 min aztəminatlı ailənin 486 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və bu yardımların bir nəfərə düşən orta aylıq məbləği 32,81 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi