Azərbaycanda aylıq sosial müavinət alan insanların sayı 350 mindən çoxdur

Azərbaycanda aylıq sosial müavinət alan insanların sayı 350 mindən çoxdur Onlardan 139 041 nəfəri əlilliyi olan şəxslərdən, 49 362 nəfəri müharibə veteranlarından ibarətdir
Sosial müdafiə
19 Fevral , 2016 17:27
Azərbaycanda aylıq sosial müavinət alan insanların sayı 350 mindən çoxdur

Bakı. 19 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırda aylıq sosial müavinətlə təmin etdiyi insanların sayı 350 435 nəfər təşkil edir. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, onlardan 139 041 nəfəri əlilliyi olan şəxslərdən, 49 362 nəfəri müharibə veteranlarından ibarətdir. Ölkədə 412 86 nəfər ailə başçısını itirməyə, 13 833 nəfər yaşa görə aylıq sosial müavinətlə təmin olunurlar. Aztəminatlı ailələrdəki 5 151 nəfər 1 yaşadək uşağın, şəhid ailələrindəki 72 nəfər uşağın, müharibə əlillərinin 17334 nəfər uşağının hər birinə görə aylıq sosial müavinət ödənilir. Həmçinin I və II qrup Çernobıl AES əlillərinin uşaqları (930 nəfər), beşdən çox uşağı olan qadınların 18 yaşına çatmayan uşaqları (8984 nəfər), sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar (67081 nəfər) və digər müvafiq kateqoriyalardan olan insanlar aylıq sosial müavinətlə təmin edilirlər.

Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinət və təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplayıb. Həmçinin ünvanlı dövlət sosial yardımı alanların siyahısı nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib. Sosial müavinət və təqaüdlərin, ünvanlı dövlət sosial yardımlarının ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi