Yuxarı
    Bağlamaq

    Azərbaycanda aktiv əmək müqavilələrinin sayı açıqlanıb

    Bu gün ən çox istifadə olunan elektron xidmətlər sırasında sosial sahəyə aid olan xidmətlərdir

    Bakı. 2 dekabr. REPORT.AZ/ "Bu gün ən çox istifadə olunan elektron xidmətlər sırasında sosial sahəyə aid olan xidmətlərdir. Cari ilin iyulun 1-dən bu günə qədər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən 1 milyon 600 minə yaxın işəgötürən istifadə edib". "Report" xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

    Onun sözlərinə görə, bu göstəricinin 84,2 faizi əmək müqaviləsinin bağlanması, 9,8 faizi əmək müqaviləsinə dəyişiklik, 6 faizi isə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olub.

    Nazir müavini onu da qeyd edib ki, bu gün elektron xidmətlərdən istifadə sistemi üzrə 1 milyon 220 minə yaxın aktiv əmək müqaviləsi mövcuddur: "Bunun da 93,5 faizi hüquqi şəxlərlə, 6,2 faizi isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanında çalışanlara aiddir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi