Azərbaycanda aktiv əmək müqaviləsi bildirişlərinin 53,1%-i kişilər, 46,9%-i qadınlara məxsusdur

Azərbaycanda aktiv əmək müqaviləsi bildirişlərinin 53,1%-i kişilər, 46,9%-i qadınlara məxsusdur "ƏMEİS-də mövcud olan real və etibarlı məlumatlar əmək bazarı ilə bağlı düzgün və obyektiv təhlillərin aparılmasına imkan verir"
Sosial müdafiə
5 Mart , 2015 20:12
Azərbaycanda aktiv əmək müqaviləsi bildirişlərinin 53,1%-i kişilər, 46,9%-i qadınlara məxsusdur

Bakı. 5 mart. REPORT.AZ/ "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində (ƏMEİS) mövcud olan real və etibarlı məlumatlar əmək bazarı ilə bağlı düzgün və obyektiv təhlillərin aparılmasına imkan verir". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, cari ilin martın 1-nə olan məlumata görə, (Naxçıvan MR üzrə məlumatlar istisna olmaqla) ƏƏSMN-in "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti vasitəsi ilə elektron informasiya sisteminə 1 981 273 əmək müqaviləsi bildirişi daxil edilib: "Onların 75,8 faizi əmək müqaviləsinin bağlanması, 14,8 faizi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 9,4 faizi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olub".

Nazir müavinin sözlərinə görə, qeyd olunan tarixə həmin sistemdə aktiv bildirişlərin sayı 1 261 613 ədəddir: "Bunun da 93,6 faizi hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayan işçilər üzrədir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə isə sistemdə 80 763 aktiv bildiriş mövcuddur. Bu da bütün aktiv bildirişlərin 6,4 faizini təşkil edir. Qeyd olunan tarixə 52 653 işəgötürən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi üçün qeydiyyata düşüb. Onların da 42,7 faizi hüquqi şəxs statusunda olan işəgötürənlər, 57,3 faizi isə sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs statuslu işəgötürənlərdir". 

İ.İsayev aktiv əmək müqaviləsi bildirişlərinin 53,1 faizinin və ya 669 338 ədədinin kişilər, 46,9 faizinin və ya 592 275 ədədinin qadınlar üzrə olduğunu qeyd edib: "Habelə aktiv əmək müqavilələrinin 13,9%-i və ya 174 946 ədədi 25-29 yaş hədlərində, 13,23%-i və ya 166 946 ədədi 30-34 yaş hədlərində, 12,85%-i və ya 162 103 ədədi 50-54 yaş hədlərində olan şəxslər üzrədir. Bütün bağlanan əmək müqavilələrinin 0,65%-i və ya 8198 ədədi 15-19 yaş hədlərində, 2,18%-i və ya 27559 ədədi isə 65 yaşdan yuxarı olan işçiləri əhatə edir".

Son xəbərlər

Orphus sistemi