Azərbaycanda 2050-ci ilə qədər cins nisbətini bərpa etmək mümkün olmayacaq

Azərbaycanda 2050-ci ilə qədər cins nisbətini bərpa etmək mümkün olmayacaq "Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının selektiv abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması yönündə təəssüfedici tendensiyada ölkə dünya birincisi olmağa doğru gedir".
Sosial müdafiə
22 Dekabr , 2021 11:02
Azərbaycanda 2050-ci ilə qədər cins nisbətini bərpa etmək mümkün olmayacaq

"Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının selektiv abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması yönündə təəssüfedici tendensiyada ölkə dünya birincisi olmağa doğru gedir".

"Report"un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin birgə həyata keçirdiyi “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrində əksini tapıb.

"Azərbaycanda doğulan uşaqlarının sayının çoxalması, əhalinin maskulinaziyası tendensiyasının dəyişməyəcəyini təqdirdə "demoqrafik maskulinaziya" kimi hadisə baş verə, həmin həddən sonra gender balansı düzəlsə belə nəticələrin aradan qaldırılması olduqca mürəkkəb ola bilər. Ən optimist ssenariyə görə, 2050-ci ilə qədər mövcud vəziyyəti - cinslərarası balansı dəyişmək mümkün olmayacaq", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi