BMT Azərbaycanda kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını təklif edir

BMT Azərbaycanda kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını təklif edir BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib.
Sosial müdafiə
3 Oktyabr , 2023 10:50
BMT Azərbaycanda kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını təklif edir

BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsi 14 günlük ödənişli atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsinin sürətləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tövsiyə verib.

“Report”un xəbərinə görə, tövsiyədə məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi, eləcə də məsuliyyətli atalığı təşviq etmək, Əmək Məcəlləsinə 14 günlük ödənişli atalıq məzuniyyətinin daxil edilməsi ilə bağlı dəyişiklik layihəsinin qəbulunu sürətləndirmək üçün ünvanlı, o cümlədən maarifləndirmə tədbirlərinin görülməsi məsləhət görülüb. .

Son xəbərlər

Orphus sistemi