Azərbaycanda 100-dək məqsədli nikaha daxil olma halları müəyyən edilib

Azərbaycanda 100-dək məqsədli nikaha daxil olma halları müəyyən edilib 24 min 943 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin isə Azərbaycandan çıxarılması təmin edilib
Sosial müdafiə
16 Mart , 2017 10:31
Azərbaycanda 100-dək məqsədli nikaha daxil olma halları müəyyən edilib

Bakı. 16 mart. REPORT.AZ/ "2009-cu ildən bu günə kimi 24 min 943 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin isə Azərbaycandan çıxarılması təmin edilib".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

O bildirib ki, 8 ildə miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı ümumilikdə 172 min 25 nəfər əcnəbi, vətəndaşlığı olmayan şəxs və Azərbaycan vətəndaşı barədə müvafiq qərarlar qəbul olunub: "2012-2015-ci illər ərzində 910 hüquqi şəxs, 405 fiziki şəxs və 330 filial və ya nümayəndəlik olmaqla, ümumilikdə 1 min 645 sahibkarlıq subyektində yoxlama keçirilib. Yoxlamalar zamanı ümumilikdə 8 min 760 nəfər əcnəbinin qanunsuz olaraq əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilib. Yoxlamaların nəticəsi olaraq 631 sahibkarlıq subyektinə cərimə tətbiq edilməklə barələrində inzibati qərar qəbul edilib. Bunlar əsasən tikinti, tibb, təhsil və digər sahəsi üzrə, o cümlədən küçə ticarəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub".

O qeyd edib ki, Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətində olma əsası ilə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi üçün müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin bu məqsədlə 97 halda məqsədli nikaha daxil olma halları müəyyən edilib və bununla bağlı sui-istifadənin qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi