Azərbaycana gələn əmək miqrantlarının sayı artıb

Azərbaycana gələn əmək miqrantlarının sayı artıb Buna səbəb aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə bağlanan müqavilələrdir
Sosial müdafiə
5 May , 2016 10:39
Azərbaycana gələn əmək miqrantlarının sayı artıb

Bakı. 5 may. REPORT.AZ/ "Son illər Azərbaycana gələn əmək miqrantlarının sayı xeyli artıb".

"Report " xəbər verir ki, bunu Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə "Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası" mövzusunda keçirilən beynəlxalq seminarda AMEA Rəyasət Heyəti Aparatının nümayəndəsi Rasim Ağasıyev deyib.

O bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə bağlanan müqavilələr və digər beynəlxalq layihələrin həyata keçirilməsi əmək miqrasiyasının sürətinin artmasına səbəb olub: "Dövlət Miqrasiya Xidmətinin son rəsmi məlumatına əsasən Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət edənlərin sayı 50 082 nəfərdir. Azərbaycan ərazisində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması üçün 3800 nəfər müraciət edib".

Son xəbərlər

Orphus sistemi