Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 445 nəfər gələn və 238 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 207 nəfər təşkil edib.
Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlanıb
Sosial müdafiə
16 aprel 2016
09:35


Son xəbərlər
