Yuxarı
    Bağlamaq

    Azərbaycan və ABŞ hökumətləri Samuxda sosial-inkişaf gücləndirmək məqsədilə əməkdaşlıq edir

    Layihə nəticəsində Qədili kəndinin 400-dən artıq sakininin həyat səviyyəsi və sanitar şəraiti yaxşılaşacaq

    Bakı. 13 may. REPORT.AZ/ Mayın 12-də Samux rayonunun Qədili kəndinin sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat Nazirliyinin rəsmiləri və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) icmada qeyri-içməli su təminatının yaxşılaşdırılması layihəsinin başa çatmasını qeyd etmək üçün bir araya gəliblər.

    ABŞ səfirliyindən "Report"a verilən məlumata görə, layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub və USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib.

    Qədili kəndi rayon mərkəzindən 18 kilometr aralıda yerləşir. Kənd sakinləri uzun müddət qeyri-içməli su çatışmazlığından əziyyət çəkirdi. Xüsusilə qadın və uşaqlar bu problem üzündən əziyyət çəkirdi, çünki uzaqda yerləşən artezianlardan su gətirmək öhdəsi onların üzərinə düşürdü. SEDA proqramının dəstəyi ilə icma yerli və regional hökumət qurumları ilə birgə işləyərək artezianların birində 12 tonluq su çəni quraşdırdı və onu biri kənd məktəbinin həyətində olmaqla, icma boyu 93 krana birləşdirdi. Layihə nəticəsində kəndin 400-dən artıq sakininin həyat səviyyəsi və sanitar şəraiti yaxşılaşacaq.

    Bu günə kimi, EWMI/SEDA Azərbaycanın 65 icmasında 96 500-dən çox insana fayda verən 73 layihə həyata keçirib. SEDA proqramı vasitəsilə EWMI icmalarda sosial-iqtisadi inkişafı genişləndirmək üçün vətəndaşlar, vətəndaş cəmiyyəti və hökumət orqanları arasında əməkdaşlığı təşviq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi