Azərbaycan sığınacaq sistemlərinin keyfiyyətinin artırılması ilə bağlı layihədə iştirak edib

Azərbaycan sığınacaq sistemlərinin keyfiyyətinin artırılması ilə bağlı layihədə iştirak edib Azərbaycan bu sahədə müəyyən olunmuş boşluqları aradan qaldırmaq və keyfiyyətin təminatı mexanizmini yaratmaq üçün öz üzərinə öhdəlik götürüb
Sosial müdafiə
26 May , 2015 20:32
Azərbaycan sığınacaq sistemlərinin keyfiyyətinin artırılması ilə bağlı layihədə iştirak edib

Bakı. 26 may. REPORT.AZ/ Mayın 26-27-də Kiyevdə Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsinin yekun konfransı keçirilir. Məqsəd 10 ölkədən miqrasiya işçilərinin qatıldığı tədbirdə əldə olunan nəticələri və gələcək əməkdaşlıq planlarını müzakirə etmək olub. 

BMT-nin Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, həmin layihə Azərbaycanın sığınacaq sisteminin inkişaf etdirilməsində müstəsna rol oynayıb.

Məlumatda deyilir ki, 2.5 milyon avro büdcəyə malik və iki il yarım müddətini əhatə edən layihənin iştirakçıları sırasında Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna, Almaniya, Polşa, Rumıniya və İsveç olub. Layihə iştirakçı ölkələrdə keyfiyyətin artırılmasına, sığınacağa dair qərar qəbuletmə porsedurunun ədalətli və effektli olmasına yönəlib.

Milli sığınacaq sisteminin birgə qiymətləndirilməsini həyata keçirdikdən sonra Azərbaycan mövcud inkişafı gücləndirmək, müəyyən olunmuş boşluqları aradan qaldırmaq və keyfiyyətin təminatı mexanizmini yaratmaq üçün öz üzərinə öhdəlik götürüb. 

“Regiondakı sığınacaq sistemləri beynəlxalq himayə normaları ilə harmoniya şəklində sürətlə dəyişir. Bu inkişaf xüsusilə layihənin həyata keçirilməsinə başlanılan vaxtdan son iki il ərzində nəzərə çarpır”, - BMT Qaçqınlar üzrə Ali Komissarlığının Ukrayna üzrə əməliyyatlarının rəhbəri Jan-Noel Vattervald bildirib.

Onun sözlərinə görə, təşkilat bu müsbət dinamikanın davam edəcəyinə ümid edir.

Son xəbərlər

Orphus sistemi