Yuxarı

​Azərbaycan Qırğızıstana 20 yük maşını humanitar yardım göndərib

Maşın karvan artıq Qırğızıstan ərazisindədir

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın zəlzələdən zərər çəkənlər üçün göndərdiyi humanitar yardım karvanı artıq Qırğızıstana çatıb.

"Report" "AKİpress"ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Humanitar yükün tərkibinə ümumi dəyəri 1 milyon manat olan ərzaq, tikinti məhsulları və yanacaq-sürtkü materiallarını daşıyan 20 yük maşını daxildir. İki maşın yaranan texniki problem səbəbdən hazırda Qazaxıstan ərazisindədir.

20 və 21 noyabr tarixlərində Qırğızıstanda 5,1 bal gücündə silsilə yeraltı təkanlar baş verib. Seysmoloqlar ümumilikdə 7 təkan qeydə alıblar. Nəticədə 4 min evə ziyan dəyib. 200-dən çox ev qəzalı vəziyyətə düşüb. 50-dən çox məktəb, xəstəxana və digər sosial obyekt binası dağılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi