Azərbaycan psixi və psixoloji problemləri olan məhkumlara səhiyyə xidməti göstərilməsi sahəsində Avropa təcrübəsini öyrənəcək

Azərbaycan psixi və psixoloji problemləri olan məhkumlara səhiyyə xidməti göstərilməsi sahəsində Avropa təcrübəsini öyrənəcək Ədliyyə Nazirliyinin Penitensiar xidmətində ekspertlərlə görüş keçirilib
Sosial müdafiə
11 Yanvar , 2017 14:06
Azərbaycan psixi və psixoloji problemləri olan məhkumlara səhiyyə xidməti göstərilməsi sahəsində Avropa təcrübəsini öyrənəcək

Bakı .11 yanvar. REPORT.AZ/ Avropa Şurasının Bakı Ofisinin rəhbər müavini Joel Mermet və Azərbaycanda səfərdə olan qiymətləndirmə missiyasının ekspertləri Ədliyyə Nazirliyinin Penitensiar xidmətində olublar.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüş Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illər üçün Fəaliyyət Planı çərçivəsində həyata keçirilən “Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək” layihəsi çərçivəsində baş tutub.

Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycanda son illərdə penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə həyata keçirilən işlər barədə məlumat verib.

Görüşdə üç cəzaçəkmə müəssisəsində pilot layihələrin həyata keçirilməsi barədə razılığın əldə olunması, layihəyə səhiyyə xidmətinin təşkilinin, habelə cəzaçəkmə müəssisələrinin idarə olunması kimi vacib məsələlərin daxil edilməsinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib. Eyni zamanda psixi və psixoloji durumlarında problemləri mövcud olan məhkumlara göstərilən səhiyyə xidmətində qabaqcıl Avropa ölkələrinin təcrübəsinin öyrənilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Qiymətləndirmə missiyasının üzvü, cəzaçəkmə müəssisələrində səhiyyə xidmətləri üzrə beynəlxalq ekspert Yorq Pont əməkdaşlığa və dəstəyə görə minnətdarlığını bildirərək, penitensiar sistemdə son illər ərzində səhiyyə xidmətinin əldə etdiyi nailiyyətləri, o cümlədən vərəmlə mübarizə sahəsində qazanılan uğurları yüksək qiymətləndirib.

Pilot layihəsi üzrə müəyyən edilən cəzaçəkmə müəssisələrinə baş çəkildikdən sonra başçəkmələrin nəticələri barədə müzakirələrin aparılması və müvafiq hesabatın tərtib olunmasına dair razılıq əldə edilib.

Son xəbərlər

Orphus sistemi