Azərbaycan prezidenti pensiya islahatları konsepsiyasını təsdiq edib

Azərbaycan prezidenti pensiya islahatları konsepsiyasını təsdiq edib Prezident İlham Əliyev “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nı təsdiq edib
Sosial müdafiə
4 Noyabr , 2014 19:16
Azərbaycan prezidenti pensiya islahatları konsepsiyasını təsdiq edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan prezidentinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, sərəncam Azərbaycanda pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi ilə imzalanıb.

Qərara əsasən, Nazirlər Kabineti Konsepsiyanın yerinə yetirilməsinə nəzarəti həyata keçirməli və bu barədə mütəmadi olaraq dövlət başçısına məlumat verməlidir və sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi