Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fonduna 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.