Azərbaycan pensiyalarla bağlı xüsusi hökumət komissiyası yaradılacaq

Azərbaycan pensiyalarla bağlı xüsusi hökumət komissiyası yaradılacaq Bu addım 1992-ci ilədək staja görə pensiyaların hesablanması ilə bağlı atılır
Sosial müdafiə
8 Noyabr , 2017 12:50
Azərbaycan pensiyalarla bağlı xüsusi hökumət komissiyası yaradılacaq

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanda 1992-ci ilədək staja görə pensiyaların hesablanması ilə bağlı xüsusi hökumət komissiyası yaradılacaq.

"Report"un verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümov məlumat verib.

"Artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Pensiyaların 1992-ci ilədək olan staj üzrə formalaşma öhdəlikləri, o cümlədən dövlət qulluqçuları, hərbi qulluqçular və bu kateqoriyaya aid olan şəxslərin pensiyalarına verilən əlavələr dövlət büdcəsinin öhdəlikləri hesab edilib. Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1,33 mln. nəfər pensiyaçının hər birinin pensiya işi araşdırılır. Yaxın zamanlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə hökumət komissiyası yaradılaaq. Nəzərdə tuturuq ki, 6 ay ərzində 1,33 mln. pensiyaçının hər birinin işinə baxılacaq və hər bir pensiya işində 1992-ci ilədək nə qədər staj varsa, o tapılacaq və bu staj üzrə ödənişlər hesablanacaq", - deyə S.Müslümov bildirib.

Nazir əlavə edib ki, 1992-ci ildən də əvvəldən başlayaraq 2016-cı ilədək hər bi il staj üçün 4,16 manat verilir: "1992-ci ilədək sosial sığorta sistemi olmayıb, lakin hökumət həmin dövr üçün pensiya verməyi bir öhdəlik kimi üzərinə götürdüyü üçün bu, dövlət büdcəsinin öhədliyi sayılır. Komissiya işini bitirdikdə tam məbləğ ortaya çıxacaq. DSMF olaraq hesablamışıq. Lakin bu borc dövlət büdcəsinin borcu olduğu üçün belə qərara gəldik ki, xüsusi komissiya yaradılsın. Düşünürük ki, 6 ay ərzində bu prosesi yerinə yetirmək olar. Bundan sonra hər ilin büdcəsində dəqiq yazılacaq ki, dövlət büdcəsinin öhdəlikləri nə qədərdərdir və nəyin hesabına formalaşır".

Son xəbərlər

Orphus sistemi