Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb Bakı. 21 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sosial müdafiə
21 Fevral , 2019 20:48
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb

Bakı. 21 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi