Azərbaycan dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsini ratifikasiya edə bilər

Azərbaycan dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsini ratifikasiya edə bilər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb.
Sosial müdafiə
19 Oktyabr , 2019 12:03
Azərbaycan dəyişdirilmiş Avropa Sosial Xartiyasının daha iki maddəsini ratifikasiya edə bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, S.Babayev Avropa Şurasının Sosial Müdafiə üzrə Qarşılıqlı İnformasiya Sistemi (MİSSCEO) üzrə məlumat mübadiləsinin həyata keçirilməsi sahəsində görülmüş işləri qeyd edib. 

O, Azərbaycanın Avropa Şurasının insan hüquqları ilə bağlı mühüm sənədlərini ratifikasiya edən bir ölkə olduğunu deyib.

Nazir Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasına da ölkəmizin hələ 2001-ci ilin oktyabr ayında qoşulduğunu bildirib. 

O, ötən dövrdə Xartiyanın əmək, kollektiv müqavilələr bağlamaq, uşaq və gənclərin müdafiəsi, ailənin sosial, hüquqi, iqtisadi müdafiəsi, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və s. ilə maddələrinin ratifikasiyası sahəsində mühüm işlərin aparıldığını diqqətə çatdırıb. Bununla bağlı ölkə hesabatlarının təqdim olunduğunu bildirən nazir hazırda Xartiyanın daha iki maddəsi üzrə ratifikasiya işlərinin də aparıldığını qeyd edib.

Z.Hernyeş ölkədə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları maraqla izlədiyini deyib, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının maddələri üzrə aparılan ratifikasiya işlərindən məmnunluğunu ifadə edib.

Son xəbərlər

Orphus sistemi