Hicran Hüseynova: “Azərbaycan demokratik-hüquqi dövlətdir, kim nə istəyir onu edə bilməz”

Hicran Hüseynova: “Azərbaycan demokratik-hüquqi dövlətdir, kim nə istəyir onu edə bilməz” "Bəzən valideyn 8-ci sinifdə oxuyan qız övladının oxuya bilməməyini bəhanə edərək ümumtəhsil məktəbindən uzaqlaşdırır"
Sosial müdafiə
18 Noyabr , 2016 12:30
Hicran Hüseynova: “Azərbaycan demokratik-hüquqi dövlətdir, kim nə istəyir onu edə bilməz”

Bakı. 18 noyabr. REPORT.AZ/ “Azərbaycan demokratik-hüquqi dövlətdir, kim nə istəyir onu edə bilməz”.

“Report” xəbər verir ki, bunu BMT-nin “Uş­aq hüquqları haqqında­” Konvensiyanın qəbul­ edilməsinin ildönümü­ münasibətilə keçiril­ən tədbirdə Ailə, Qad­ın və Uşaq Problemlər­i üzrə Dövlət Komitəs­inin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, bəzən valideyn 8-ci sinifdə oxuyan qız övladının oxuya bilməməyini bəhanə edərək ümumtəhsil məktəbindən uzaqlaşdırır: "Bəzi valideynlər qızlarını erkən yaşda ailə qurmağa məcbur edirlər. Ailə çox böyük anlayışdır, məsuliyyətlə yanaşmadıqda ortaya çox böyük problemlər çıxır".

Komitə sədrinin sözlərinə görə, övladını erkən evləndirən valideyn bildirir ki, övlad mənimdir, nə istəyirəm onu edirəm: "Bu, düzgün deyil. Dövlət Komitəsi olaraq biz çalışırıq ki, qanun çərçivəsində insanların, uşaqların hüquqlarını qoruyaq".

Son xəbərlər

Orphus sistemi