Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın baş prokuroru Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Lənkəran rayon prokurorluğu ilə canlı bağlantı vasitəsilə Lənkəran, Astara və Lerik rayon sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirib. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Z.Qaralov Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 14 vətəndaşın şikayətlərini dinləyərək müraciətlərində qaldırdıqları məsələləri xüsusi nəzarətə götürməklə, həmin müraciətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verib.
Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapıb.