“Azərbaycan Avropa Araşdırmaları Assosiasiyası” ictimai birliyi təsis edilib

“Azərbaycan Avropa Araşdırmaları Assosiasiyası” ictimai birliyi təsis edilib Məqsəd Avropa və Azərbaycana dair bütün fənlərarası aspektlər üzrə maraqlanan şəxsləri bir araya gətirməkdir
Sosial müdafiə
1335
10 Dekabr , 2017 06:07
“Azərbaycan Avropa Araşdırmaları Assosiasiyası” ictimai birliyi təsis edilib

Bakı. 10 dekabr. REPORT.AZ/ 9 dekabr 2017-ci il tarixində xaricdə təhsil almış və hazırda Azərbaycanda elmi-pedaqoji fəaliyyət göstərən bir qrup tədqiqatçı və ekspertləri bir araya gətirən “Azərbaycan Avropa Araşdırmaları Assosiasiyası” (AAAA) İctimai Birliyinin təsis yığıncağını keçirilib.

“Report” xəbər verir ki, təsis yığıncağının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Muxtar Hacızadə bildirib ki, qeyri-hökumət təşkilatlarının rolu vətəndaş cəmiyyəti və onun qurulmasında, eyni zamanda, respublikamızın ictimai, siyasi və iqtisadi həyatında fəal iştirakçılıq baxımından çox önəmlidir.

Qeyd olunub ki, yeni yaranan AAAA ictimai birliyinin əsas məqsədi Avropa və Azərbaycana dair bütün fənlərarası aspektlər üzrə maraqlanan şəxsləri, o cümlədən alim, tədqiqatçı, tələbə və mütəxəssisləri bir araya gətirmək və onlar arasında əlaqələrin inkişafına kömək etməkdən ibarətdir.

Azərbaycanın Avropada və dünyada tanınması üçün müxtəlif proqramlar həyata keçirmək, qabaqcıl təcrübə mübadiləsi üçün xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etmək də Birliyin əsas hədəflərdəndir. Azərbaycan və Avropa münasibətlərinin yaxınlaşması və şaxələndirilməsi üçün potensial imkanların öyrənilməsi istiqamətində ayrı-ayrı problemlər üzrə tətbiqi elmi-tədqiqatların yerinə yetirilməsinin də nəzərdə tutulduğu qeyd olunub.

Yığıncaq iştirakçıları AAAA ictimai birliyinin yaranmasının beynəlxalq elmi yenilikləri müşayət etmək, nəzəriyyənin və praktikanın müvafiq sahələrində ən son nailiyyətlər barədə məlumatlara olan tələbatın təmin olunmasına xidmət etmək məqsədilə konfranslar keçirmək, qonaq mühazirəçilər tərəfindən leksiya, seminarın verilməsini təşkil etmək, alim və mütəxəssislərin fikir mübadiləsi üçün platforma rolunda çıxış etmək baxımından önəmini vurğulayıblar.

Birliyin öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında həyata keçirəcəyi bildirilmişdir. Daha sonra, Birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi üçün müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi