Yuxarı

Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək

Qəbul Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında keçiriləcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında başlayacaq.

Nazirlə görüşmək istəyən vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək saat 09:00-dan 18:00-dək aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi