Azad Rəhimov Qubada vətəndaş qəbulu keçirib

Azad Rəhimov Qubada vətəndaş qəbulu keçirib Bakı. 8 iyun. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayon və şəhər sakinlərini qəbul edib.
Sosial müdafiə
8 İyun , 2018 19:13
Azad Rəhimov Qubada vətəndaş qəbulu keçirib

Bakı. 8 iyun. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayon və şəhər sakinlərini qəbul edib.

"Report"un məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə, ümumilikdə, 20-dən artıq vətəndaşın idman, gənclər və digər sahələrlə bağlı müraciətlərinə baxılıb.

QHT-lərin yaradılması, layihələrə dəstək verilməsi və onların maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin sayının artırılması və onların müvafiq avadanlıqlarla təmin edilməsi gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər isə, əsasən, fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, olimpiya idman komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb, araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi