Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib

Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib Bakı. 17 avqust. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Göygöldə Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib.
Sosial müdafiə
17 Avqust , 2018 15:03
Azad Rəhimov Göygöldə vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov / Report

Bakı. 17 avqust. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Göygöldə Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Göygöl Heydər Əliyev Mərkəzində baş tutan və ümumilikdə, 20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər, əsasən,  gənclər, idman və digər sahələri əhatə edib.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

İdman sahəsi üzrə edilən müraciətlər sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular daxil olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi