Bakı. 18 aprel. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov aprelin 27-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib.
Qəbulda Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Mingəçevir, Tərtər, Ucar, Yevlax, Zərdab rayon və şəhər sakinləri iştirak edəcəklər.
Saat 11:00 üçün nəzərdə tutulan qəbul Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti-98, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdır:
Ağdaş - 050-328-33-00, 055-502-26-00
Ağsu - 050(055)-383-44-00
Bərdə - 050-222-95-96
Göyçay - 050-265-91-00, 055-236-31-76
Kürdəmir - 070-790-02-72
Mingəçevir - 050-533-15-29
Tərtər - 055-298-52-32
Ucar - 050(055, 070)-304-04-69
Yevlax - 050-616-52-60, 055-817-41-31
Zərdab - 070-236-63-63.