Azad olunmuş ərazilərdə Peşələr Festivalı keçirilə bilər

Azad olunmuş ərazilərdə Peşələr Festivalı keçirilə bilər Azad olunmuş ərazilərdə peşə festivalı keçirilməsinə nəzərdə tutulur.
Sosial müdafiə
7 İyun , 2022 19:25
Azad olunmuş ərazilərdə Peşələr Festivalı keçirilə bilər

"Azad olunmuş ərazilərdə Peşələr Festivalı keçirilməsinə nəzərdə tutulur".

"Report" xəbər verir ki, bunu iyunun 7-də Bakıda keçirilən Peşə Festivalının bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, növbəti illərdə peşə festivalı daha geniş formada keçiriləcək: "Gələcəkdə bu festivalların digər rayonlarda və geniş keçirilməsi nəzərdə tutulur. Həmçinin bu cür festivalın azad olunan ərazilərdə keçirilməsi də planlaşdırılır. Həmin ərazilər bərpa ediləndən sonra bu cür tədbirlər keçiriləcək".

Son xəbərlər

Orphus sistemi