"Gələcəkdə azad olunan ərazilərdə Uşaq və ailələrə dəstək mərkəzləri yaradılması nəzərdə tutulub".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim, mənim hüquqlarım” adlı tədbir deyib.
"Həmişə təəssüf hissilə yalnız 11 Uşaq və ailələrə dəstək mərkəzimizin olduğunu deyirdik. Həmin mərkəzlərin xidmətləri çox yaxşıdır, bu səbəbdən yaxşı nəticələr əldə edirik. Belə mərkəzlər çox olsa, daha yaxşı olar. Çox sevindirici haldır ki, bu istiqamətdə addımlar atılır. Gələcəkdə digər rayonlarda və azad olunan ərazilərdə də bu cür mərkəzlərin yaradılması istiqamətdə işlər aparılacaq", - sədr müavini vurğulayıb.