Azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə 600 manat müavinət veriləcək

Sosial müdafiə
  • 28 dekabr, 2022
  • 15:38
Azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə 600 manat müavinət veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.

44 - Tezliklə