Azad edilmiş ərazilərdə 1138 nəfərin məşğulluğu təmin olunub

Azad edilmiş ərazilərdə 1138 nəfərin məşğulluğu təmin olunub 2023-ci ilin 1 yanvar tarixindən etibarən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinət təsis edilib.
Sosial müdafiə
16 Yanvar , 2024 11:30
Azad edilmiş ərazilərdə 1138 nəfərin məşğulluğu təmin olunub

İşğaldan azad edilmiş ərazilərə köçürülən 1138 nəfərin məşğulluğu təmin olunub.

"Report"un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 798 nəfərin məşğulluğa cəlb edilməsi istiqamətində iş aparılır.

A.Əliyev xatırladıb ki, 2023-cü ilin 1 yanvar tarixindən etibarən işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinət təsis edilib. Həmin müavinətin məbləği 600 manatdır.

Son xəbərlər

Orphus sistemi