ƏƏSMN-nin təqdim etdiyi dörd layihə Avropada xüsusi mükafatlara layiq görülüb

ƏƏSMN-nin təqdim etdiyi dörd layihə Avropada xüsusi mükafatlara layiq görülüb Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədi ilə hər üç ildən bir “Yaxşı Təcrübə” müsabiqəsi keçirilir.
Sosial müdafiə
15 May , 2019 11:03
ƏƏSMN-nin təqdim etdiyi dörd layihə Avropada xüsusi mükafatlara layiq görülüb

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Təşkilatın əhatə etdiyi ölkələrin (regionlar üzrə) sosial təminat sahəsində həyata keçirdikləri layihələrin qiymətləndirilməsi məqsədi ilə hər üç ildən bir “Yaxşı Təcrübə” müsabiqəsi keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində təşkil olunan qala gecəsində Avropa regionu üzrə növbəti müsabiqənin nəticələri açıqlanıb.

20 ölkədən təqdim edilən 76 sosial layihəni əhatə edən müsabiqənin yekunlarına əsasən, nazirliyin müsabiqə üçün təqdim etdiyi dörd layihənin hər biri münsiflərin xüsusi rəyi ilə uğurlu təcrübə nümunələri kimi müsbət dəyərləndirilərək, xüsusi mükafatlara layiq görülüb.

Bunlar ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem (VEMTAS), əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem (TSERAS), özünüməşğulluq proqramı və qeyri-rəsmi məşğulluğun qarşısının alınması layihələridir.

Uğur qazanmış layihələrin hər biri üzrə sertifikatlar təqdim edilib.

Tədbirdə bu layihələrin əhəmiyyətindən bəhs olunub. VEMTAS və TSERAS-ın sosial yardım və əlilliyinin qiymətləndirilməsi sistemlərində ünvanlılıq və şəffaflığın təminatında, müasir iş prinsiplərinin formalaşmasında rolu qeyd edilib. Azərbaycanda icra olunan özünüməşğulluq proqramının həssas qruplarla bağlı passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunmasında, həmin qrupların işsizlikdən kiçik ailə biznesinə çıxışına imkan verdiyi vurğulanıb. Proqramın mühüm sosial-iqtisadi faydalarından bəhs olunub. Habelə Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ardıcıl şəkildə həyata keçirilən kompleks təsirli tədbirlərin önəmi və müsbət nəticələri qeyd olunub.

Son xəbərlər

Orphus sistemi