Avqust ayı üzrə bütün pensiyaların ödənişi başa çatıb

Avqust ayı üzrə bütün pensiyaların ödənişi başa çatıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün avqust ayı üzrə bütün pensiyaların ödənişini başa çatdırıb.
Sosial müdafiə
4614
14 Avqust , 2020 14:15
Avqust ayı üzrə bütün pensiyaların ödənişi başa çatıb
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün avqust ayı üzrə bütün pensiyaların ödənişini başa çatdırıb.

"Report" xəbər verir ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də avqust ayının pensiyaları ödənilib.

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman heç bir faiz tutulmayacaq.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar avqustun 10-da ödənilib.

Son xəbərlər

Orphus sistemi