Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri-iş günü olacaq.
Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.
Bildirilib ki, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq olar.
Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzi vasitəsilə əldə edə bilərlər.