Bakı. 5 noyabr. REPORT.AZ/ “ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
"Report" xəbər verir ki, müraciəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva edib.
O,
Bənövşə Rzayeva 25 milyonuncu müraciətin sahibi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.