Sədr müavini: "ASAN xidmət" bütün dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirəcək"

Sədr müavini: "ASAN xidmət" bütün dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirəcək" Ü.Mehdiyev: "Dövlət xidmətləri elektron reyestrinin əhatə dairəsi genişləndirildi"
Sosial müdafiə
10 İyun , 2016 12:10
Sədr müavini: ASAN xidmət bütün dövlət xidmətlərinin qiymətləndirilməsini həyata keçirəcək

Bakı. 10 iyun. REPORT.AZ/ "ASAN xidmət" standartları və tələbləri nəzərə alınmaqla bütün dövlət xidmətlərinin qiymətləndirilməsinin həyata keçirilməsi Dövlət Agentliyinə tapşırılıb". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, "ASAN xidmət"in indeksini təşkil edən parametrlər qısaca "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin elektron reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" fərmanda öz əksini tapıb: "Bunlara xidmət barədə məlumatlandırılma, xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının internet informasiya sistemləri ilə inteqrasiya və s. daxildir".

Ü.Mehdiyev xatırladıb ki, elektron xidmətlərin qiymətləndirilməsi 3 ildir həyata keçirilir: "Hazırda bütün dövlət xidmətlərinin qiymətləndirilməsi həyata keçiriləcək. Dövlət xidmətləri elektron reyestrinin əhatə dairəsi genişləndirildi".

O qeyd edib ki, dövlət xidmətləri barədə məlumatlandırmanın vahid mənbədən həyata keçirilməsini və dövlət xidmətləri barədə məlumatların həmin mənbədən mütəmadi yenilənməsini təşkil etmək məqsədilə qurumlar öz rəsmi internet informasiya ehtiyatlarında dövlət xidmətləri bölməsi yaradacaq, onların dövlət xidmətləri barədə elektron reyestrdəki məlumatlara keçid formalaşdırılacaq və elektron xidmətlərin də həmin bölmədən həyata keçirilməsi oktyabrın 1-dən təmin ediləcək". 

Son xəbərlər

Orphus sistemi