“ASAN xidmət” 3, "ASAN Kommunal" mərkəzləri isə 4 gün işləməyəcək

“ASAN xidmət” 3, "ASAN Kommunal" mərkəzləri isə 4 gün işləməyəcək İyunun 29-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər
Sosial müdafiə
23 İyun , 2017 10:17
“ASAN xidmət” 3, ASAN Kommunal mərkəzləri isə 4 gün işləməyəcək
Report

Bakı. 23 iyun. REPORT.AZ/ “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3-4 gün qeyri-iş günü olacaq.

Bu barədə “Report”a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bildirilib ki, Ramazan bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə iyunun 26, 27 və 28-də “ASAN xidmət” mərkəzlərində, iyunun 25, 26, 27, 28-də isə "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

İyunun 29-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər. 

Son xəbərlər

Orphus sistemi