ASAN-da 29 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb

ASAN-da 29 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb ASAN xidmətdə 29 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.
Sosial müdafiə
14 May , 2019 12:33
ASAN-da 29 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb

ASAN xidmətdə 29 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, 29 milyonuncu müraciət Bərdə regional "ASAN xidmət" mərkəzində Elcan Həsənli tərəfindən edilib. 

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi xidmətdən yararlanıb. 29 milyonuncu müraciətin sahibi kimi Elcan Həsənli təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və "Səyyar ASAN" qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Son xəbərlər

Orphus sistemi