Aran bölgəsində əhalinin siyahıyaalınması davam etdirilir - VİDEOREPORTAJ

Aran bölgəsində əhalinin siyahıyaalınması davam etdirilir - VİDEOREPORTAJ Mühüm dövlət tədbiri olan əhalinin siyahıyaalınması işləri Aran bölgəsində uğurla davam edir.
Sosial müdafiə
8 Oktyabr , 2019 18:15
Aran bölgəsində əhalinin siyahıyaalınması davam etdirilir - VİDEOREPORTAJ

Mühüm dövlət tədbiri olan əhalinin siyahıyaalınması işləri Aran bölgəsində uğurla davam edir.

Cəlilabad rayon Statistika İdarəsinin rəis əvəzi Vəlixan Dadaşov "Report"un Muğan bürosuna bildirib ki, 2018-ci ilin sonlarından başlayaraq təşkilat planının hazırlanması və məntəqələrə bölünmə işləri aparılıb: “Rayonumuzun siyahıyaalınma ilə bağlı hazırlıq işləri başa çatıb. Bizim rayonda 16 siyahıyaalınma, 148 təlimatçı-nəzarətçi və 745 sayıcı məntəqəsi yaradılıb. Sentyabr ayının 2-dən başlayaraq sentyabrın 26-na qədər biz əvvəlcə siyahıyaalma məntəqələrinin müdirlərinə təlimat keçərək sayıcılara təyin edilmiş çantaları onlara təhvil vermişik. Eyni zamanda təlimatçı-nəzarətçi və sayıcı məntəqəsi müdirlərinə müvafiq təlimlər keçirilib və çantalar sayıcılara təqdim edilib”.

Biləsuvar rayon Statistika İdarəsinin rəisi Kazım Mənsimov bildirib ki, rayonda əhalinin siyahıyaalınması ilə bağlı işlər yekunlaşıb: “Rayon ərazisində əhalinin siyahıyaalınması işlərinə başlanılıb. Bildiyiniz kimi əhalinin siyahıyaalınması mühüm dövlət tədbiri olduğundan bütün işlər yüksək səviyyədə təşkil olunub. Siyahıyaalınma ilə bağlı rayon ərazisində məntəqələr təşkil olunub. Bu məntəqələrə İdarənin əməkdaşları tətəfindən mütəmadi nəzarət olunur”.

İmişli rayon Statistika İdarəsinin rəisi Əzizulla Zeynalovun sözlərinə görə rayon ərazisində aparılan əhalinin siyahiyaalınması ilə bağlı hələlik hə hansı nöqsan qeydə alınmayıb: “İmişli rayonunda əhalinin siyahıyaalınmasında işlər yüksək səviyyədə təşkil olunub. Sayıcılar əvvəlcədən müəyyən olunub və siyahıyaalınma ilə bağlı məntəqələrə təhkim edilib. Onlara təlimlər keçirilib və müvafiq qaydada təlimatlandırılaraq lazımi ləvazimatlarla təmin olunublar”.

Salyan rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov bildirib ki, bu il siyahıyaalmada sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə, 52 sual öz əksini tapıb: Bu il keçirilən siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir. Belə ki, bu il keçiriləcək siyahıyaalmada əvvəlki iki siyahıyaalmadan fərqli olaraq suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb. Bu suallarda ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək”.

Son xəbərlər

Orphus sistemi