AQC sədri: "İl ərzində 60-70 milyon damazlıq yumurta istehsal edilir"

AQC sədri: "İl ərzində 60-70 milyon damazlıq yumurta istehsal edilir" Azərbaycanda nə qədər damazlıq yumurta istehsal olunduğu açıqlanıb
Sosial müdafiə
22 Dekabr , 2016 21:25
AQC sədri: İl ərzində 60-70 milyon damazlıq yumurta istehsal edilir

Bakı 22 dekabr. REPORT.AZ/ "Hazırda Azərbaycanın quşçuluq təsərrüfatları damazlıq yumurtaya olan təlabatın 60-70 faizini istehsal edir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev deyib.

O bildirib ki, Azərbaycanın müəssisələrində il ərzində damazlıq yumurta təlabatı 100 milyondur: "Ölkədə 7-8 damazlıq yumurta istehsalı ilə məşğul olan müəssisə fəaliyyət göstərir. İl ərzində 60-70 milyon damazlıq yumurta istehsal olunur. Damazlıq yumurta ehtiyacı isə 100 milyondur. Damazlıq yumurtanın bir ədədinin qiyməti bazara uyğun olaraq 40-50 qəpik arasında dəyişir".

A.Vəliyev vurğulayıb ki, əlavə ehtiyac olan damazlıq yumurta Avropa ölkələrindən, əsasən isə Türkiyədən gətirilir.

Son xəbərlər

Orphus sistemi