Antiterror tədbirlərində şəhid olanların ailələrinin və yaralanan hərbçilərin sosial müdafiəsi üçün görülən işlər açıqlanıb

Antiterror tədbirlərində şəhid olanların ailələrinin və yaralanan hərbçilərin sosial müdafiəsi üçün görülən işlər açıqlanıb Artıq antiterror tədbirlərində şəhid olanların ailələrinə Prezidentin aylıq təqaüdünün təyin olunması tam yekunlaşıb, digər sosial ödənişlərin təyinatı və ödənilməsi prosesi isə böyük hissəsi icra olunmaqla davam etdirilir.
Sosial müdafiə
4 Noyabr , 2023 13:21
Antiterror tədbirlərində şəhid olanların ailələrinin və yaralanan hərbçilərin sosial müdafiəsi üçün görülən işlər açıqlanıb

Artıq antiterror tədbirlərində şəhid olanların ailələrinə Prezidentin aylıq təqaüdünün təyin olunması tam yekunlaşıb, digər sosial ödənişlərin təyinatı və ödənilməsi prosesi isə böyük hissəsi icra olunmaqla davam etdirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlik antiterror tədbirlərin nəticəsində şəhid olan və xəsarət alan hərbi qulluqçularla bağlı sosial dəstək tədbirlərinə dərhal başlayıb, hazırda da təxirəsalınmaz şəkildə davam edir: “Həmçinin döyüşlərdə xəsarət almış hərbi qulluqçulara da dövlət icbari şəxsi sığorta üzrə ödənişlərin edilməsi təmin olunur”.

Nazirlikdən bildirilib ki, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mənzil və fərdi evlərlə, avtomobillərlə təminatı, həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlər qanunvericiliyə uyğun olaraq aparılacaq.

Xatırladaq ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 205 hərbi qulluqçusu şəhid olub. Eyni zamanda 511 hərbi qulluqçu yaralanıb.

Son xəbərlər

Orphus sistemi