Amnistiya Aktı ilə Bakıda azad edilən məhkumların sayı açıqlanıb

Amnistiya Aktı ilə Bakıda azad edilən məhkumların sayı açıqlanıb "Bu günə kimi Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəmələrə verilən təqdimatlar əsasında azad edilib".
Sosial müdafiə
1 Dekabr , 2021 11:36
Amnistiya Aktı ilə Bakıda azad edilən məhkumların sayı açıqlanıb

"Bu günə qədər Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəmələrə verilən təqdimatlar əsasında cəzalarının qalan hissəsindən azad ediliblər".

"Report" xəbər verir ki, bunu Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.

Onun sözlərinə görə, 85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib: "Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlşadırılması cəzasına məhkum olunan şəxslərdir".

İdarə rəisi bildirib ki, Amnistiya Aktı əsasında cəzadan azad olunan məhkumlardan 92 nəfəri qadın, 558 nəfəri kişi, 47 nəfəri 60 yaşına çatmış şəxslər, 2 nəfəri isə Vətən müharibəsində iştirak edənlərdir.

Son xəbərlər

Orphus sistemi