AMEA-nın vitse-prezidenti: "Seksual qısnama ilə mübarizədə qadın şuraları böyük rol oynaya bilər”

AMEA-nın vitse-prezidenti: "Seksual qısnama ilə mübarizədə qadın şuraları böyük rol oynaya bilər” “Seksual qısnama ilə mübarizə məsələsində qadın şuraları böyük rol oynaya bilər”.
Sosial müdafiə
28 Dekabr , 2022 15:45
AMEA-nın vitse-prezidenti: Seksual qısnama ilə mübarizədə qadın şuraları böyük rol oynaya bilər”
İradə Hüseynova

“Seksual qısnama ilə mübarizə məsələsində qadın şuraları böyük rol oynaya bilər”.

“Report” xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova “Azərbaycanda seksual qısnama: qanunvericilik və onun tətbiqi praktikası” mövzusunda hesabatın təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ölkədə qadın hüquqlarının qorunması istiqamətində bir çox qanunvericilik aktları qəbul edilib və edilməkdədir.

Seksual qısnama və bunun əmək münasibətlərində təzahüründən danışan AMEA-nın vitse-prezidenti bildirib ki, seksual qısnama qanunla əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış hesab edilir və seksual qısnama qanunvericiliklə qadağan edilir.

İ.Hüseynova vurğulayıb ki, əmək fəaliyyətində işəgötürən seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görməlidir:

“Bu istiqamətdə qanunvericilik əməllərinə zidd əməllərin səbəbləri araşdırılmalı və cinayətkarlar cəzalanmalıdır. Bu məsələdə qadın şuraları böyük rol oynaya bilər”.

Son xəbərlər

Orphus sistemi