9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib

9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib.
Sosial müdafiə
4 Noyabr , 2019 16:30
9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş Altıncı Bayraq Festivalı keçirilib.

"Report" xəbər verir ki, festivalda dövlət qurumlarının, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin zabit və əsgər heyətinin, qeyri-hökümət təşkilatları nümayəndələri, gənclər təşkilatlarının üzvləri iştirak edib.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, festivalın keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə, milli dövlət rəmzlərinə hörmət hissinin aşılanmasıdır:

"Gənclər və İdman Nazirliyi hər il Dövlət Bayrağı Günü münasibətilə festival keçirir. Bugünkü sayca 6-cı Bayraq Festivalı bədii-kütləvi tədbirdir. Builki formatı genişləndirmişik. 1 noyabrdan başlayaraq Gənclər və İdman Nazirliyi "İradənlə qalib gəl" kompaniyasına start verib. Bu kompaniya çərçivəsində bir sıra aksiyalar keçirilib. İlk aksiya 1-3 noyabrda Nazirliyin balansında olan 34 Olimpiya İdman Kompleksində açıq qapılar günü olub. Bayraq Festivalı həmin kompaniya çərçivəsində Bakıda keçirilən növbəti tədbirdir. 9 noyabra qədər müxtəlif səpkili tədbirlərlə Azərbaycanın şəhər və rayonlarında tədbirlər davam edəcək".

Tədbirdə Dövlət Bayrağı Günü ilə bağlı məlumat verilib. Festival bədii hissə ilə davam edib.

Son xəbərlər

Orphus sistemi