Yuxarı

Azərbaycanda alkoqollu içkilərin satışı ilə bağlı qadağa tətbiq olunacaq

Əmtəənin adı sponsor qismində göstərilə bilməz

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanda alkoqollu içkilərin, dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, bioloji aktiv əlavələrin, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının məsafədən satışına (kataloqlar, bukletlər, elektron ticarət vasitələri) qadağa qoyulub. 

"Report" xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Reklam haqqında" qanun layihəsində öz əksini tapıb.

Yeni layihədə sponsor reklamlarının yayımlanması üçün müddət də müəyyənləşdirilib. Layihəyə əsasən, sponsor reklamında yalnız sponsorun adı, fəaliyyəti və əmtəəsi haqqında ümumi həcmi 2 dəqiqədən çox olmayan müddətə məlumat təqdim oluna bilər. Əmtəənin adı sponsor qismində göstərilə bilməz. Sponsor reklamında "sponsor" sözünün başqa anlayışla əvəz olunmasına da icazə verilmir.

Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi